Azərbaycanın MDB ölkələrinə ixracı cüzi artıb | Banco.az

Azərbaycanın MDB ölkələrinə ixracı cüzi artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-avqust aylarında Azərbaycan MDB ölkələrinə 1,1 milyard dollarlıq məhsul ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 milyon ABŞ dolları (0,5%) çoxdur.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə MDB ölkələrindən idxal isə 3 milyard 197 milyon 474 min ABŞ dolları dəyərində olub. 

Bu isə 2022-ci ilin yanvar-avqust aylarına nisbətdə 24,5% çoxdur.

Qeyd edək ki, ötən ilin ilk 8 ayında Azərbaycanın MDB ölkələrinə ixracının dəyəri 1,1 milyard ABŞ dolları, idxalının dəyəri isə 2,6 milyard ABŞ dollarına bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram