Avropada qazın qiyməti kəskin artıb - Səbəb nədir ? | Banco.az

Avropada qazın qiyməti kəskin artıb - Səbəb nədir ?

Müəllif: Mehin Qasımova /Banco.az 

Avropada təbii qazın qiymətləri 8,8 faiz artaraq meqavat-saat üçün 40 avro həddini  ötüb. 

Banco.az xəbər verir ki, bu London ICE birjasının məlumatlarında öz əksin tapıb.

Məlumata görə, noyabrda qaz tədarükü üzrə fyuçers müqavilələrinin dəyəri cari məzənnə nəzərə alınmaqla hər meqavat saat üçün 41,6 avro və ya min kubmetr üçün təxminən 458 dollar səviyyəsinə çatıb. 

Bahalaşmaşmanın səbəbi isə, Balticconnector dənizaltı boru kəmərində yanacaq sızmasının aşkar edilməsi ilə bağlı olub. Oktyabrın 8-nə keçən gecə boruda təzyiq kəskin şəkildə aşağı düşüb, bundan sonra kəmərin fəaliyyəti dayanıb.

Qeyd edək ki, Baltik dənizinin dibi ilə Finlandiya İnkoo-dan Estoniya Paldiskisinə qədər uzanan Balticconnector-un uzunluğu təqribən 80 kilometrdir, gücü ildə 2,6 milyard kubmetrə qədərdir. Finlandiya bu marşrutla Latviyanın anbarlarından qaz alır. 

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, kəmərin  təmiri bir neçə ay çəkə bilər. Eyni zamanda,  profilaktik işlərin ekstremal hallarda qışın sonuna qədər uzana biləcəyi istisna edilməyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et