Müəllif: Tamara Mustafayeva, Banco.az
2023-cü il İqtisadiyyat üzrə Nobel Mükafatının qalibi bəlli olub.
Banco.az xəbər verir ki, 2023-cü ilin İqtisadiyyat üzrə Nobel Mükafatını “qadın işçi qüvvəsi” sahəsindəki işinə görə Klaudiya Qoldin qazanıb.
1946-cı ildə anadan olan Qoldin Harvard Universitetində professor vəzifəsində çalışır.
Qeyd edək ki, Qoldin həmçinin 11 milyon İsveç kronu (1 milyon dollar) məbləğində mükafatın da sahibi olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!