Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyənin avtomobil sənayesi sentyabr ayında 2 milyard 822 milyon dollarlıq məhsul ixrac edib.
Banco.az xəbər verir ki, Uludağ Avtomobil Sənayesi İxracatçıları İttifaqından (OİB) edilən açıqlamaya görə, türk avtomobil sənayesinin ötən ayki ixracatı əvvəlki ilin eyni ayı ilə müqayisədə 2,6 faiz artaraq 2 milyard 822 milyon 476 min dollara çatıb.
Xarici satışlarda “kimyəvi maddələr və məmulatlar” sektorundan sonra ikinci yerdə olan avtomobil sənayesinin ümumi ixracatdakı payı 14,7 faiz olub.
Sentyabr ayında ən böyük məhsul qrupu hesab edilən "təchizat sənayesi" ixracatı 1 milyard 203 milyon dollar olarkən, “sərnişin avtomobillərinin” ixracı 4 faiz azalaraq 776 milyon dollar, “yük daşıyan avtomobillərin” ixracı 402 milyon dollar, “traktorların” ixracı 192 milyon dollar, “avtobus-mikroavtobus-midibus” ixracı isə 104 faiz artımla 213 milyon dollar hesablanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!