Bu ilin birinci yarısında Azərbaycanın həm həyat, həm də qeyri-həyat sığorta şirkətləri daha çox mənəət generasiya ediblər.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin ilk yarısı ilə müqayisədə həyat sığortası şirkətləri üzrə xalis mənfəət 35% artaraq 46 mln. manat, qeyri-həyat sığorta şirkətləri üzrə isə 58% artaraq 32 mln. təşkil edib.
Məlumata görə, hər iki qrup üzrə artımın drayveri əsas əməliyyat gəlirlərinin artımı olub.
Qeyd edək ki, hazırda Azərbaycanda 19 sığorta şirkəti fəaliyyət göstərir. Bunlardan 5-i həyat, 14-ü isə qeyri-həyat sığorta şirkətidir.
Bizi sosial şəbəkələrdən izləyin!!