Müəllif: Gülnar Əhmədli, Banco.az
Nobel mükafatı 27 noyabr 1895-ci ildə isveçli alim Alfred Nobelin vəsiyyətnaməsi ilə təsis edilən prestijli mükafatdır.
Nobel mükafatı fizika, kimya, ədəbiyyat, sülh, fiziologiya və ya tibb sahəsindəki yüksək nailiyyətlərinə görə İsveç Kraliyyət Elmlər Akademiyası, İsveç Akademiyası, Karolinska İnstitutu və Norveç Nobel Komitəsinin ayrı-ayrı şəxslərə və ya təşkilatlara verilir. Bu mükafatı 1896-cı ildən bəri Nobel Fondu idarə edir. İqtisadiyyat sahəsində verilən mükafatlar isə 1968-ci ildə Sveriges Riksbank və Mərkəzi Bankın İsveç iqtisadiyyatına verdiyi töhfəyə görə verilməyə başlanıb.
Banco.az xəbər verir ki, ilk dəfə 1901-ci ildə Nobel mükafatını Anri Dünan, Frederik Passi, Sülli-Prüdom, Vilhelm Rentgen, Emil fon Berinq və Yakob Vant-Hoff alıb.
Bu məqalədə ən çox Nobel mükafatı qazanan ölkələrin siyahısını təqdim edəcəyik. Siyahıya görə, Nobel mükafatını ən çox ABŞ-dan (409) olan şəxslər və ya təşkilatlar qazanıb.
Tam siyahı aşağıdakı kimidir:
- ABŞ: 409
- Böyük Britaniya: 138
- Almaniya: 115
- Fransa: 75
- İsveç: 33
- Rusiya: 32
- Yaponiya: 29
- Kanada: 28
- İsveçrə: 25
- Avstriya: 23
- Niderland: 22
- İtaliya: 21
- Polşa: 19
- Macarıstan: 15
- Norveç: 13
- İsrail: 13
- Avstraliya: 12
- Hindistan: 11
- Belçika: 11
- İrlandiya: 11
- Cənubi Afrika: 11
- Çin: 8
- İspaniya: 8
- Çexiya: 6
- Argentina: 5
- Finlandiya: 5
Bizi sosial şəbəkələrdən izləyin!!