Fraud və dələduzluğa qarşı mübarizə üzrə mütəxəssis | Banco.az
Bank Respublika

Fraud və dələduzluğa qarşı mübarizə üzrə mütəxəssis

Vakansiya haqqında məlumat: 

“Bank Respublika” ASC Risklərin İdarə Edilməsi Departamentində Fraud və dələduzluğa qarşı mübarizə üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Bank məhsulları və xidmətlərinin mütəmadi olaraq təhlil edilməsi;
  • Bank əməliyyatlarının təhlili və monitorinqi;
  • Fraud ehtimalı olan bank əməliyyatlarının araşdırılması;
  • Biznes proseslərdə fraud hallarının müəyyən edilməsi və araşdırılması;
  • Aşkar olunan fraud və dələduzluq halları ilə bağlı hesabatların təqdim edilməsi.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə);
  • Bank sektorunda əməliyyat sahəsi üzrə minimum 2 il iş təcrübəsi mütləqdir;
  • Bank əməliyyatlarının tənzimlənməsi barədə qanunvericilik aktları, AR Mərkəzi Bankının müvafiq normativləri və qaydaları barədə yüksək səviyyədə biliklər;
  • Excel proqramı üzrə yüksək səviyyədə biliklər;
  • Dəqiqlik, detallara fikir vermə və analitik təhlil qabiliyyəti.
  • Zərurət olduqda monitorinq məqsədilə şəhər və region filiallarına səfərlər etmək imkanı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 oktyabr 2023-cü il tarixinədək email-in mövzu hissəsində Fraud və dələduzluğa qarşı mübarizə üzrə mütəxəssis qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Ən sərfəli krediti almaq üçün müraciət et