Korporativ satış təmsilçisi | Banco.az
Bank Respublika

Korporativ satış təmsilçisi

Vakansiya haqqında məlumat: 

Bank Respublika ASC Bakı – Abşeron rayonu üzrə Korporativ satış təmsilçisi vəzifəsi üzrə vakansiyalar elan edir.

 

Ümumi vəzifə öhdəlikləri:

  • Yeni korporativ müştərilərin axtarışı və əməkdaşlığa cəlb edilməsi;
  • Potensial korporativ müştərilərlə görüşlərin keçirilməsi və təkliflərin hazırlanması;
  • Görülmüş işlər barədə rəhbərliyə aylıq hesabatların təqdim edilməsi.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Satış sahəsində iş təcrübəsi mütləqdir;
  • Bank sektorunda əməliyyat və kredit sahəsi üzrə təcrübənin olması arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili (əla), İngilis və ya Rus dili bilikləri arzuolunandır;
  • MS Office proqramları üzrə biliklər;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Satış etmək, danışıqlar aparmaq, müştəri bazası toplamaq bacarığı;
  • Hesabatlılığın aparılması bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 oktyabr 2023-cü il tarixinədək emailin mövzu hissəsində Korporativ satış təmsilçisi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Ən sərfəli krediti almaq üçün müraciət et