Ölkədə kompüter istehsalı 3 dəfə artıb | Banco.az

Ölkədə kompüter istehsalı 3 dəfə artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda kompüterlərin, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal dəyəri 148,2 milyon manat təşkil edib.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 80,4% artıb, elektrik avadanlıqlarının istehsalı isə 0,7% azalıb.

Cari ilin 8 ayında 3 221 ədəd stolüstü kompüter (3,1 dəfə çox), 217,2 min ədəd ölçmə cihazları, 403 ədəd güc transformatorları, 4 746 ədəd elektrik tənzimləyici cihazları, 6 119,6 ton digər elektrik naqilləri, 595 məişət soyuducuları və dondurucuları istehsal edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram