Avqustda Avrozonada işsizlik səviyyəsi azalıb | Banco.az

Avqustda Avrozonada işsizlik səviyyəsi azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin avqust ayında Avrozonada işsizlik səviyyəsi 6,4%-ə enib. İyul ayında bu göstərici 6,5%-ə bərabər olub. 

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) avqust ayı üzrə Avropa İttifaqı (Aİ) və Avrozonanın işsizlik göstəricilərini açıqlayıb.

Məlumata görə, eyni dövrdə Aİ-də işsizlik nisbəti isə 5,9% təşkil edib.

Qeyd edək ki, ötən ilin avqustunda işsizlik səviyyəsi Avrozonada 6,7%, Aİ-də isə 6,1% olub.

Hesabat dövründə işsizlik nisbəti İspaniyada 11,5 faiz, Yunanıstanda 10,9 faiz, İsveç və Estoniyada 7,6 faiz, İtaliya və Fransada isə 7,3 faiz təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram