Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi" qeyri-neft sektoru üzrə 246,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın sentyabr sayında qeyd edilib.
Məlumata görə, bu, ötən ilin eyni ayları ilə müqayisədə 143,2 milyon ABŞ dolları və yaxud 36,8% azdır.
Bizi sosial şəbəkələrdən izləyin!!