Müəllif: Tamara Mustafayeva, Banco.az
Meksika Mərkəzi Bankı uçot dərəcəsini dəyişməz saxlayıb.
Banco.az xəbər verir ki, Meksika Mərkəzi Bankı (Banxico) ardıcıl dördüncü iclasında da proqnozlaea uyğun olaraq uçot dərəcəsini dəyişməyib və 11,25 faiz səviyyəsində saxlayıb.
Bu da borclanma xərclərinin hələ uzun müddət yüksək qala biləcəyinə işarədir.
Qeyd edək ki, mərkəzi bankın faiz qərarı “Bloomberg” sorğusunda iştirak edən iqtisadçıların fikirləri ilə üst-üstə düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!