Valyuta hərracında satış 52% azalıb | Banco.az

Valyuta hərracında satış 52% azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Mərkəzi Bankda bu gün növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 29,4 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, əvvəlki hərracla müqayisədə 32,1 milyon ABŞ dolları və ya 52,2% azdır.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb. 

Qeyd edək ki, sentyabrın 26-da keçirilən hərracda tələb 61,5 milyon ABŞ dolları olub və tam təmin edilib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et