FED növbəti faiz qərarını nə zaman açıqlayacaq? | Banco.az

FED növbəti faiz qərarını nə zaman açıqlayacaq?

Müəllif: Tamara Mustafayeva, Banco.az

Sentyabr qərarı ilə FED uçot dərəcəsini 22 ilin pik həddi olan 5,25-5,50 faiz səviyyəsində sabit saxlayıb.

Banco.az xəbər verir ki, indi də minlərlə investorun diqqəti noyabr ayı üzrə faiz qərarına çevrilib. Bəs FED-in noyabr ayı faiz qərarı nə vaxt açıqlanacaq?

ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz qərarları ilə bağlı iclas cədvəli açıqlanıb.

Buradan görünür ki, FED-in faiz dərəcəsi ilə bağlı növbəti qərar iclası 1 noyabr 2023-cü ildə baş tutacaq, faiz qərarı isə Bakı vaxtı ilə 22:00-da elan olunacaq.

Qeyd edək ki, dünən açıqlanan məlumatlar ABŞ iqtisadiyyatı ilə bağlı mənfi siqnallar verib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram