İstanbula 8 ayda 11 milyondan çox xarici turist səfər edib | Banco.az

İstanbula 8 ayda 11 milyondan çox xarici turist səfər edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İstanbul bu ilin 8 ayı ərzində 11 milyon 524 min 246 xarici ziyarətçi qəbul edib.

Banco.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin verdiyi açıqlamaya görə, ötən ay İstanbulu 2022-ci ilin avqust ayı ilə müqayisədə 4,9 faiz daha çox - 1 milyon 747 min 611 xarici turist ziyarət edib.

Avqustda İstanbula ən çox turist Rusiya Federasiyasından gəlib. Belə ki, bu ölkə İstanbula 179 min 17 ziyarətçi göndərib. Rusiyadan sonra Almaniya 127 min 486 nəfərlə ikinci, İran 101 min 459 nəfərlə üçüncü, ABŞ isə 81 min 257 turist sayı ilə dördüncü yerdədir. Bu ölkələri 74 min 664 nəfərlə Səudiyyə Ərəbistanı, 72 min 2 nəfərlə İngiltərə və 61 min 850 nəfərlə Fransa izləyib.

Bu dövrdə hava yolu ilə İstanbula gələn xarici ziyarətçilərin ümumi sayında İstanbul Hava Limanının payı 72,69 faiz olub.

Ən sərfəli kredit üçün müraciət et

İlin 8 ayı ərzində isə İstanbula gələn xarici ziyarətçilərin ümumi sayı 11 milyon 524 min 246 nəfərə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et