Bank Respublika
IOS developer
Vakansiya haqqında məlumat:
“Bank Respublika” ASC İnformasiya Texnologiyalarının İnkişafı Departamentində aparıcı/baş IOS developer vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
- Bankın mövcud layihələrində iştirak və hazır sistemlərə yeni funksionalın əlavə edilməsi;
- Yeni proqramların yaradılması.
Namizədə qarşı tələblər:
- IOS proqramlaşdırma üzrə minimum 3 il iş təcrübəsi;
- Swift üzrə dərin biliklər;
- Kod ilə UIKit-də mürəkkəb interfeyslərin hazırlanmasında geniş təcrübə malik olmaq (SwiftUI bilmək üstünlükdür);
- MVC, MVVM arxitekturaları ilə geniş praktiki təcrübə (digər arxitekturalar üzrə də təcrübəyə malik olmaq üstünlükdür);
- Fərqli design pattern-lərdən istifadə üzrə təcrübə;
- RxSwift və ya Combine üzrə iş təcrübəsi arzuolunandır;
- Unit və UI testlərin yazılmasında təcrübə;
- IOS-da multithreading ilə təcrübə, thread-lər ilə rahat işləmək bacarığı;
- REST API və JSON struktur ilə iş təcrübəsi;
- CI/CD ilə iş təcrübəsi (sıfırdan CI/CD pipeline qurulmasında təcrübənin olması üstünlükdür);
- Cocoapods, SPM ilə sərbəst işləyə bilmək;
- GİT ilə geniş təcrübə;
- Apple Human interface guidelines haqqında biliklər;
- OOP, SOLID prinsipləri üzrə dərin biliklər;
- Tapşırığın vaxtında və düzgün həlli üçün analitik yanaşma bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində IOS developer qeyd edərək 15 oktyabr 2023-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.