Müəllif: Tamara Mustafayeva, Banco.az
Qarğıdalı qiymətləri ABŞ-da tədarükün artacağına dair gözləntilərə görə 2020-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.
Banco.az xəbər verir ki, Çikaqo birjasında qarğıdalı fyuçersləri 2020-ci ildən bəri ən aşağı səviyyəyə yaxınlaşıb.
Xatırladaq ki, ABŞ Kənd Təsərrüfatı Nazirliyi ötən həftə Amerika məhsulunun analitiklərin proqnozlaşdırdığından daha böyük olacağını açıqlamışdı.
“Rabobank”ın baş analitiki Maykl Maqdovitzin sözlərinə görə, Çikaqo Ticarət Birjasında yüksək qiymətlər, ucuz gübrə və soya ilə əlverişli nisbəti qarğıdalını cəlbedici məhsula çevirdiyi üçün ABŞ fermerləri daha çox qarğıdalı əkiblər.
Bizi sosial şəbəkələrdən izləyin!!