Müəllif: Tamara Mustafayeva, Banco.az
İlon Mask əvvəlki adı "Twitter" olan “X” platformasının bütün istifadəçilər üçün ödənişli olma ehtimalını dilə gətirib.
Banco.az xəbər verir ki, BBC-nin məlumatına görə, İlon Mask İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşündə “X” platforması ilə bağlı açıqlamalar verib.
Bütün istifadəçilərdən platformaya daxil olmaq üçün aylıq ödəniş tələb edən yeni bir sistemə keçməyi düşündüklərini ifadə edən Mask qeyd edib ki, bu, platformadakı “botlar və saxta hesablardan” xilas olmaq üçün həll yolu ola bilər.
“Biz aşağı səviyyəli qiymət sistemi tətbiq edəcəyik. Bu, hələ uzun müzakirədir, amma mənim fikrimcə bu, eyni zamanda platformada bot ordusuna qarşı mübarizə aparmağın yeganə yoludur”, deyə o bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!