Ölkədə gümüş və qızıl istehsalı azalır | Banco.az

Ölkədə gümüş və qızıl istehsalı azalır

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-avqust aylarında mədənçıxarma sənayesində istehsal olunmuş qiymətli metal filizlərinin 1 375,7 kiloqramı qızılın, 2 716,8 kiloqramı isə gümüşün payına düşüb. 

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, qızıl istehsalı ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 30,1%, gümüş istehsalı isə 41,1% azalıb.

Sentyabrın 1-nə olan vəziyyətə əsasən, ölkədə 246 kiloqram hazır qızıl, 250,7 kiloqram hazır gümüş ehtiyatı var.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram