ABŞ-ın dövlət borcu ilk dəfə 33 trilyon dolları keçib | Banco.az

ABŞ-ın dövlət borcu ilk dəfə 33 trilyon dolları keçib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın dövlət borcu ilk dəfə olaraq 33 trilyon dolları ötüb.

Banco.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, ölkənin dövlət borcu 33,04 trilyon dollara çatıb.

Belə ki, ABŞ Konqresinin 2023-cü maliyyə ilinin başa çatacağı sentyabrın sonunda yeni müvəqqəti büdcə qəbul edərək hökumətin bağlanmasının qarşısını almağa çalışdığı bir vaxtda ölkənin borcu tarixi səviyyəyə yüksəlib.

Xatırladaq ki, bu ilin yanvarın 19-da ABŞ 31,4 trilyon dollarlıq borc həddinə çatmış və ABŞ Maliyyə Nazirliyi limiti keçməmək və mümkün defoltun qarşısını almaq üçün fövqəladə tədbirlər görməyə başlamışdı. Borc həddi ilə bağlı uzun danışıqlardan sonra Konqresdə razılıq əldə olunmuş və prezident Co Bayden iyun ayında borc həddini artırmaqla ölkənin defolt vəziyyətinə düşməsinin qarşısını alacaq qanun layihəsini imzalamışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et