Aİ Türkiyəyə 400 milyon avroluq təbii fəlakət yardımı edib | Banco.az

Aİ Türkiyəyə 400 milyon avroluq təbii fəlakət yardımı edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı mərkəzi Qəhrəmanmaraşda olan zəlzələlərlə əlaqədar Türkiyəyə 400 milyon avroluq yardım edəcək.

Banco.az xəbər verir ki, Avropa İttifaqına (Aİ) üzv dövlətlərin nümayəndələrindən ibarət Avropa Şurası Avropa Komissiyasının Türkiyə, İtaliya və Rumıniyaya ümumilikdə 454,8 milyon avroluq təbii fəlakət yardımını təsdiqləməyə razılaşıb.

Qeyd edilir ki, sözügedən yardımın 400 milyonu fevral ayında baş vermiş zəlzələlərə görə Türkiyəyə gedəcək. Yardımın 33,9 milyon avrosu 2022-ci ildə quraqlıqdan əziyyət çəkmiş Rumıniyaya, 20,9 milyon avrosu isə 2022-ci ilin sentyabrında daşqınların dağıntılara səbəb olduğu İtaliyaya göndəriləcək.

Bildirilib ki, yardım Aİ büdcəsinin həmrəylik və təcili yardım üçün ayrılmış hissəsindən ödəniləcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et