Müəllif: Tamara Mustafayeva, Banco.az
Qlobal bazarlar FED-in faiz qərarına fokuslanıb.
Banco.az xəbər verir ki, ötən həftə ABŞ-da açıqlanan makroiqtisadi məlumatların ardınca volatilliyin müşahidə olunduğu qlobal bazarlarda bu həftə əsas diqqət mərkəzində ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz qərarı olacaq.
Xatırladaq ki, ötən həftə ABŞ-da açıqlanan makroiqtisadi göstəricilər bir tərəfdən ölkə iqtisadiyyatının yaxşılaşdığını, digər tərəfdən isə inflyasiya təzyiqlərinin hələ də davam etdiyini əks etdirib.
Analitiklər qeyd edirlər ki, tənəzzüllə bağlı narahatlıqlar azalsa da, enerji qiymətlərindəki artım inflyasiya narahatlıqlarına səbəb olub və bu da FED-in gələcək siyasətinə təsir göstərə bilər.
Analitiklər xatırladırlar ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) sentyabr iclasında faiz dərəcələrinin sabit saxlanılacağına dəqiq yanaşılır.
Bizi sosial şəbəkələrdən izləyin!!