Müəllif: Tamara Mustafayeva, Banco.az
Rusiya Mərkəzi Bankı daha bir faiz artımı həyata keçirib.
Banco.az xəbər verir ki, Rusiya Mərkəzi Bankı rubla təzyiqin davam etməsi fonunda ötən ay həyata keçirdiyi fövqəladə faiz artımından sonra növbəti faiz artımına qərar verib.
Belə ki, mərkəzi bank növbəti iclasında uçot dərəcəsini 12 faizdən 13 faizə qaldırıb.
İqtisadçıların əksəriyyəti belə bir artımı proqnozlaşdırmasa da, maliyyə bazarlarında 100 baza bəndi faiz artımı qiymətləndirilirdi.
Rusiya Mərkəzi Bankının bəyanatında faiz dərəcələrinin daha da artırılması ehtiyacına növbəti günlərdə qərar veriləcəyi qeyd olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!