Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 35 milyard 505 milyon ABŞ dollarına çatıb.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1% çoxdur.
Son 1 ildə Azərbaycanın ixracı 7,2% azalaraq 24 milyard 355 milyon ABŞ dollarına enib, idxalı isə 25,7% artaraq 11 milyard 151 milyon ABŞ dollarına çatıb.
Nəticədə xarici ticarətdə 13 milyard 204 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 24% az olub.
Bizi sosial şəbəkələrdən izləyin!!