Avropa İttifaqı 4,9 milyard avro ticarət kəsiri verib | Banco.az

Avropa İttifaqı 4,9 milyard avro ticarət kəsiri verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqının (Aİ) iyulda ümumi xarici ticarət kəsiri 4,9 milyard avro təşkil edib.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) iyul ayı üzrə Aİ və Avrozonanın beynəlxalq ticarət məlumatlarını dərc edib.

Məlumatlar göstərir ki, Aİ-nin ixracı iyulda ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz azalaraq 205,2 milyard avroya, idxalı isə 21,5 faiz azalaraq 200,3 milyard avroya çatıb. Bununla da, sözügedən dövrdə Aİ-nin xarici ticarət müsbət saldosu 4,9 milyard avro hesablanıb.

Avrozonada isə ixrac iyulda 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz azalaraq 227,8 milyard avroya, idxal da 18,2 faiz azalaraq 221,3 milyard avroya çatıb. Beləliklə, Avrozonanın ticarət kəsiri bu dövrdə 6,5 ​​milyard avro təşkil edib.

Qeyd edək ki, iyul ayı ərzində Aİ ölkələrindən ən çox idxal edən ölkələr 41,4 milyard avro ilə ABŞ, 27,4 milyard avro ilə Böyük Britaniya, 18,1 milyard avro ilə Çin, 15 milyard avro ilə İsveçrə və 9,1 milyard avro ilə Türkiyə olub.

Ən sərfəli kredit üçün müraciət et

Aİ ölkələrinə ən çox məhsul ixrac edən ölkələr bunlardır:

Çin - 42,3 milyard avro, ABŞ - 27,5 milyard avro, İngiltərə - 14,4 milyard avro, İsveçrə - 10,9 milyard avro, Norveç - 8,7 milyard avro və Türkiyə - 7,5 milyard avro.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et