Çində sənaye istehsalı və pərakəndə satış həcmi proqnozları üstələyib | Banco.az

Çində sənaye istehsalı və pərakəndə satış həcmi proqnozları üstələyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində ötən ay pərakəndə satışlar və fabrik-zavod istehsalı proqnozları üstələyib.

Banco.az xəbər verir ki, Çinin iqtisadi aktivliyi uzun müddətdən sonra bərpa əlamətləri göstərib.

Belə ki, avqust ayında Çində sənaye istehsalı illik 4,5 faiz, pərakəndə satış həcmi isə 4,6 faiz artaraq proqnozları nəzərəçarpacaq dərəcədə üstələyib.

İqtisadçılar sənaye istehsalının 3,9 faiz, pərakəndə satışın isə 3 faiz artacağını gözləyirdilər.

Qeyd edək ki, müsbət göstəricilər Çin hökumətinin məişət əşyaları və mənzilin də daxil olduğu sektorlarda təşviqedici addımlar atması ilə əlaqələndirilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et