Banklardakı əmanətlərin 36,4%-i xarici valyutada qoyulub | Banco.az

Banklardakı əmanətlərin 36,4%-i xarici valyutada qoyulub

Müəllif: Gülnar Əhmədli, Banco.az

Əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 17,5 faiz artaraq 2023-cü il avqust ayının 1-nə milli valyuta ekvivalentində 12 705,5 milyon manat təşkil edib.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, əmanətlərin 63,6 faizi milli, 36,4 faizi xarici valyutada qoyulub. Milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 24,2 faiz, xarici valyutada qoyulan əmanətlərin məbləği isə 7,3 faiz artıb. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram