"Huawei" və "Xiaomi" qlobal patent müqaviləsi imzalayıblar | Banco.az

"Huawei" və "Xiaomi" qlobal patent müqaviləsi imzalayıblar

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinin və dünyanın aparıcı smartfon istehsalçılarından olan “Huawei” və “Xiaomi” şirkətləri aralarındakı mövcud patent mübahisələrinə son qoyacaq “qlobal patent lisenziya müqaviləsi” imzaladığı açıqlanıb.

Banco.az xəbər verir ki, şirkətlər tərəfindən edilən birgə bəyanata görə, saziş 5G də daxil olmaqla bir çox kommunikasiya texnologiyalarında patentlərin çarpaz lisenziyalaşdırılmasına imkan verəcək.

Xatırladaq ki, indiyədək dünyada mobil rabitə standartları üzrə ən çox patentə malik olan “Huawei” və “Xiaomi” arasında 4G standartının, smartfon kameralarının və telefon ekranının kilidlənməsi funksiyasının inkişafı ilə üzrə patent pozuntuları ilə bağlı məhkəmə iddiaları mövcuddur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et