Türk Dövlətləri Təşkilatının iclasında türk dünyasının interaktiv geoiqtisadi xəritəsinin hazırlanması təklif edilib | Banco.az

Türk Dövlətləri Təşkilatının iclasında türk dünyasının interaktiv geoiqtisadi xəritəsinin hazırlanması təklif edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri vəzifələrini icra edən Ayhan Satıcı Türk Dövlətləri Təşkilatı (TDT) Katibliyinin təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində keçirilən İqtisadi Əməkdaşlıq üzrə İşçi qrupun 14-cü görüşündə iştirak edib.

A.Satıcı görüş çərçivəsində İİTKM-in türk dünyasının interaktiv geoiqtisadi xəritəsinin hazırlanması ilə bağlı təklifini İşçi qrupun üzvlərinin diqqətinə çatdırıb, layihənin videoqrafikini TDT-nin Katibliyinə təqdim edib. Təklif İşçi qrup və Katiblik tərəfindən müsbət qarşılanıb və növbəti ilə qədər layihənin reallaşdırılması tövsiyə olunub.

O, İqtisadi Əməkdaşlıq üzrə İşçi qrupun görüşündə TDAM-ın fəaliyyəti və həyata keçirdiyi layihələr, o cümlədən 2022-ci ilin əvvəlindən etibarən 8 dildə rüblük çap olunan “Türk iqtisadiyyatı icmalı” barədə məlumat verib.

            İşçi qrupun görüşündə həmçinin TDT-nin Ticarətin Asanlaşdırılması Komitəsinin 2023-2024-cü illər üçün Fəaliyyət Planının yekunlaşdırılması, TDT-ə üzv ölkələr arasında “Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi” layihəsinin qəbulu, “Türk Ticarət Evləri” layihəsinin həyata keçirilməsi, Turan Xüsusi İqtisadi Zonasının – TURANSEZ-in yaradılmasına dair konseptual sənədin təsdiqi və gələcək birgə fəaliyyətə dair digər məsələlər müzakirə edilib.

Ən sərfəli kredit üçün müraciət et

            Görüşdə İİTKM-in TDT ilə birgə hazırladığı “Türk Dövlətləri İqtisadiyyatı” kitabının da ilkin təqdimatı keçirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram