ABŞ-ın kommersiya neft ehtiyatları 4 mln. barel artıb | Banco.az

ABŞ-ın kommersiya neft ehtiyatları 4 mln. barel artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ötən həftə ABŞ-ın kommersiya xam neft ehtiyatları 4 milyon barel artıb.

Banco.az xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatına görə, ölkənin kommersiya xam neft ehtiyatları 420 milyon 600 min barelə çatıb.

Eyni zamanda ABŞ-ın strateji xam neft ehtiyatları 300 min barel artaraq 350 milyon 600 min barelə yüksəlib. Benzin ehtiyatları isə 5 milyon 600 min barel artaraq 220 milyon 300 min barelə yüksəlib.

Qeyd edək ki, ötən həftə ABŞ-ın xam neft idxalı əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 812 min barel artaraq 7 milyon 582 min barel olub. Xam neft ixracı isə gündəlik orta hesabla 1 milyon 842 min barel azalaraq 3 milyon 90 min barelə enib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et