Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 20 milyard 431,2 milyon manat, xərcləri isə 20 milyard 649,7 milyon manat təşkil edib.
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edək ki, bular 2022-ci ilin ilk 7 ayı ilə müqayisədə müvafiq olaraq 1,2% və 13,8% çoxdur. Nəticədə hesabat dövründə büdcədə 218,5 milyon manat kəsir yaranıb.
Bizi sosial şəbəkələrdən izləyin!!