Almaniyada investor inamı artım göstərib | Banco.az

Almaniyada investor inamı artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İnflyasiyaya qarşı faiz artımlarının başa çatacağına dair proqnozların çoxalması ilə sentyabr ayında Almaniyada investor inamı artıb.

Banco.az xəbər verir ki, Mərkəzi ofisi Almaniyanın Manhaym şəhərində yerləşən Avropa İqtisadi Araşdırmalar Mərkəzi (ZEW) institusional investorların və analitiklərin gələcək 6 ay üçün proqnozlarını ölçən ZEW İqtisadi Güvən İndeksinin sentyabr ayı nəticələrini dərc edib.

Nəticələr indeksin ötən ayla müqayisədə 0,9 faiz bəndi artdığını göstərir. Beləliklə, avqust ayında Avqustda mənfi 12,3 punkt olan indeks bu ay mənfi 11,4 punkta yüksəlib. Ekspertlər indeksin mənfi 15 punkta düşəcəyini gözləyirdilər.

Ölkədə Cari Vəziyyət İndeksi isə sözügedən dövrdə əvvəlki ayla müqayisədə 8,1 bənd azalaraq mənfi 79,4 punkt olub.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün qeyd edək ki, ötən ilin son rübündə 0,4 faiz, bu ilin ilk rübündə isə 0,1 faiz azalan Almaniya iqtisadiyyatı ikinci rübdə artım göstərməyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et