"BP"nin baş direktoru istefa verib | Banco.az

"BP"nin baş direktoru istefa verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Britaniyanın enerji nəhəngi “BP”nin baş direktoru Bernard Luni tutduğu vəzifədən istefa verib.

Banco.az xəbər verir ki, dörd ildən az müddətdə “BP”nin baş direktoru vəzifəsində çalışan Bernard Luni istefaya gedib.

Şirkət Baş Maliyyə Direktoru Murray Oçinklosun müvəqqəti olaraq CEO vəzifəsini icra edəcəyini açıqlayıb.

2020-ci ilin fevralında vəzifəyə başlayan 53 yaşlı Luninin sürpriz istefasına səbəb kimi isə onun şirkət işçiləri ilə keçmiş şəxsi münasibətləri göstərilir.

Məlumat üçün qeyd edək ki, 2022-ci ildə 28 milyard dollarlıq rekord mənfəət əldə edən şirkətin cari ilin ikinci rübü üzrə mənfəəti əvvəlki ilin eyni dövrünə nəzərən 70 faiz azalaraq 2,6 milyard dollara düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et