Müəllif: Tamara Mustafayeva, Banco.az
Cənubi Koreyada işsizlik nisbəti avqust ayında azalıb.
Banco.az xəbər verir ki, Cənubi Koreyada işsizlik nisbəti ötən ay rekord səviyyədə geriləyərək 2 faizə düşüb ki, iyulda bu göstərici 2,7 faiz idi.
Koreya Statistika Təşkilatının məlumatına görə, bu, göstəricilərin qeydə alındığı 1999-cu ilin iyunundan bəri müşahidə olunan ən aşağı səviyyə olub.
Mövsümi təsirlərdən kənarlaşdırılmış nəticələrə görə isə işsizlik avqust ayında 2,4 faiz təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!