Ölkədə cari əməliyyatlar balansında profisit yaranıb | Banco.az

Ölkədə cari əməliyyatlar balansında profisit yaranıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) 5 milyard 154,6 milyon ABŞ dolları məbləğində profisit yaranıb.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2 dəfə və ya 50,1 % azdır.

Bu göstərici xarici ticarət balansındakı 7 milyard 488,9 milyon ABŞ dollarlıq profisit (illik müqayisədə 42,5 % az), xidmətlər balansındakı 1 milyard 113,8 milyon ABŞ dollarlıq kəsir (illik müqayisədə 16,4 % az), ilkin gəlirləri balansındakı 1 milyard 817,6 milyon ABŞ dollarlıq kəsir (illik müqayisədə 31,5 % az) və təkrar gəlirlər balansındakı 597,1 milyon ABŞ dollarlıq profisit (illik müqayisədə 2,2 dəfə az) hesabına formalaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram