Türkiyədə işsizlik səviyyəsi aşağı düşüb | Banco.az

Türkiyədə işsizlik səviyyəsi aşağı düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə artıq üçüncü aydır ki, birrəqəmli işsizlik göstəricisi açıqlanır.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) İşçi Qüvvəsi Statistikaları, İyul 2023 məlumatlarını dərc edib.

Ev Təsərrüfatları İşçi Qüvvəsi Sorğusunun nəticələrinə görə, 2023-cü ilin iyul ayında ölkədə 15 və daha yuxarı yaşda olan işsizlərin sayı əvvəlki ayla müqayisədə 38 min nəfər azalaraq 3 milyon 291 min nəfərə çatıb. 

İşsizlik səviyyəsi isə 0,2 bənd azalaraq 9,4 faiz təşkil edib. İşsizlik nisbəti kişilər üçün 7,6 faiz, qadınlar üçün isə 12,9 faiz qeyd olunub.

Sözügedən dövr ərzində məşğul əhalinin sayı əvvəlki ayla müqayisədə 318 min nəfər artaraq 31 milyon 671 min nəfər, məşğulluq nisbəti isə 0,5 faiz bəndi artaraq 48,4 faiz olub. Bu göstərici kişilər üçün 65,7 faiz, qadınlar üçün isə 31,5 faiz təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram