ABŞ-da kommersiya neft ehtiyatları 417 mln. bareldən aşağı enib | Banco.az

ABŞ-da kommersiya neft ehtiyatları 417 mln. bareldən aşağı enib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ötən həftə ABŞ-ın kommersiya xam neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 6,3 milyon barel azalıb.

Banco.az xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatına görə, ölkənin kommersiya xam neft ehtiyatları 416 milyon 600 min barelə enib.

Eyni zamanda ABŞ-ın strateji xam neft ehtiyatları 800 min barel artaraq 350 milyon 300 min barelə yüksəlib. Benzin ehtiyatları isə 2,7 milyon barel azalaraq 214 milyon 700 min barelə enib.

Qeyd edək ki, ötən həftə ABŞ-ın xam neft idxalı əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 154 min barel artaraq 6 milyon 770 min barel olub. Xam neft ixracı isə gündəlik orta hesabla 404 min barel artaraq 4 milyon 932 min barelə çatıb. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram