Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi" qeyri-neft sektoru üzrə 215,4 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın avqust sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni ayları ilə müqayisədə 122,2 milyon ABŞ dolları və yaxud 36,2% azdır.
Bizi sosial şəbəkələrdən izləyin!!