Yaponiya və Çin valyuta kursuna müdaxilə edib | Banco.az

Yaponiya və Çin valyuta kursuna müdaxilə edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Son aylarda Asiya valyutalarında ən aşağı səviyyələrin müşahidə edilməsi Yaponiya və Çini məzənnəyə müdaxilə etməyə sövq edib.

Banco.az xəbər verir ki, Yaponiya şifahi xəbərdarlıq metoduna üstünlük versə də, Çin yuan fiksasiya alətindən istifadə etməyə davam edir.

Belə ki, Yaponiyada bir nömrəli məzənnə rəsmisi hesab edilən maliyyə nazirinin müavini Masato Kanda, "lazım gələrsə, məzənnədəki spekulyativ hərəkətlərə qarşı tədbir görə bilərlər", deyə açıqlama verib. Bundan sonra Dollar/yen məzənnəsi bu gün səhər saatlarında 147,8-ə yüksələrək 2022-ci ilin noyabrından bəri ən yüksək səviyyəyə çatıb.

Çin Xalq Bankı (mərkəzi bank) isə dollar/yuan istinad məzənnəsini 7,1969 səviyyəsində müəyyən edib. Bununla belə, dollar/yuan məzənnəsi 0,3 faiz artaraq 2022-ci ilin noyabr ayından bu yana ən yüksək hesab edilən 7,3248 səviyyəsinə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et