Avstraliya iqtisadiyyatının artım səviyyəsi proqnozlardan çox olub | Banco.az

Avstraliya iqtisadiyyatının artım səviyyəsi proqnozlardan çox olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avstraliya iqtisadiyyatı ikinci rübdə illik 2,1 faiz artım göstərib.

Banco.az xəbər verir ki, Avstraliyada Ümumi Daxili Məhsul (ÜDM) cari ilin ikinci rübündə bir il əvvəllə müqayisədə 2,1 faiz artıb.

Bu, iqtisadçıların 1,8 faizlik proqnozlarından çox olsa da, ilk rübdə qeydə alınan 2,3 faizlik illik artımdan aşağıdır.

ÜDM-nin rüblük artımı isə 0,4 faizlə yeddinci rüblük artıma işarə edib.

Avstraliya Statistika Bürosu cari rübdə ÜDM artımına ən böyük töhfənin ixracın və investisiyalardan gəldiyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et