İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturuna dəyişiklik edilib.
Bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir.
Yeni struktura görə, DVX-nin aparatına Vergi risklərinin idarə edilməsi baş idarəsi və Vergi ombudsmanı xidməti baş idarəsi əlavə edilib.
Həmçinin aparata daxil olan İqtisadi təhlil və uçota nəzarət baş idarəsi İqtisadi təhlil və proqnozların icrasına nəzarət baş idarəsinə, Dövlət qeydiyyatı baş idarəsi Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinə, Protokol bölməsi isə Protokol şöbəsinə çevrilib. Xidmətin strukturunda Maliyyə monitorinqi şöbəsi yaradılıb. Bundan başqa, Xidmətin strukturuna 22 yerli qurum da daxildir.
Bizi sosial şəbəkələrdən izləyin!!