Müəllif: Tamara Mustafayeva, Banco.az
İyul ayında Avrozonada istehsalçı qiymətləri aşağı düşüb.
Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın iyul ayı üzrə PPI (İstelsalçı Qiymət İndeksi) məlumatlarını dərc edib.
Məlumatlar göstərir ki, Aİ-də sözügedən indeks iyul ayında əvvəlki aya nəzərən 0,6 faiz, 2022-ci ilin eyni ayına nəzərən isə 6,6 faiz geriləyib.
Avrozonada isə PPI bu dövrdə aylıq 0,5 faiz, illik 7,6 faiz azalıb.
Qeyd edək ki, bazar proqnozları Avrozonada indeksin aylıq 0,6 faiz, illik isə 7,6 faiz azalacağı istiqamətində idi.
Bizi sosial şəbəkələrdən izləyin!!