G20 Liderlər Sammiti üçün hazırlıq işləri davam edir | Banco.az

G20 Liderlər Sammiti üçün hazırlıq işləri davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

G20 Liderlər Sammiti bu il Hindistanın paytaxtı Yeni Dehlidə keçiriləcək.

Banco.az xəbər verir ki, 9-10 sentyabr tarixlərində Hindistanda baş tutacaq G20 Liderlər Sammiti ərəfəsində paytaxt Yeni Dehlidə hazırlıqlar davam edir.

Belə ki, hava limanı və avtobus dayanacaqları da daxil olmaqla, paytaxtın bir çox məntəqələrində G20 Liderlər Sammiti ilə bağlı təqdimat və elan plakatları asılıb.

The Press Trust of India (PTI) xəbər agentliyinin məlumatına görə, Hindistan Hərbi Hava Qüvvələri Yeni Dehli və ətraf ərazilərin təhlükəsizliyini təmin etmək məqsədilə döyüş təyyarələri, radar və pilotsuz uçuş əleyhinə sistemlərlə yanaşı, yer-hava raket sistemləri də quraşdırıb.

Səlahiyyətlilər paytaxtda komendant saatının olmayacağını açıqlasa da, sentyabrın 8-10-da bəzi bölgələrdə səyahət məhdudiyyətləri tətbiq olunacaq.

Xatırladaq ki, Hindistan G20-nin müvəqqəti sədrliyini 2022-ci ilin dekabrında İndoneziyadan təhvil alıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram