Azərbaycanda məhsuldar buğda sortları yaradılır | Banco.az

Azərbaycanda məhsuldar buğda sortları yaradılır

Azərbaycanda quraqlığa davamlı, məhsuldar buğda sortlarının yaradılmasının üzərində iş aparılır.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev deyib.

O qeyd edib ki, bir sortun tam sort olaraq formalaşması, rayonlaşması, fermer təsərrüfatına inteqrasiya edilməsi 15 ilə başa gəlir: “Bu isə, dünyada baş verən qlobal iqlim dəyişiklik fonunda tələbatı ödəməyə imkan vermir. Məsələn, 2023-cü ildə sortların yaradılması istiqamətində başladığımız iş 2035-ci ilə qədər davam edəcək”.

F.Xudayev hesab edir ki, hazırda əsas məqsəd quraqlığa davamlı, vegetasiya müddəti qısa olan sortlar yaratmaqdır: “Bu istiqamətdə elmi tədqiqat işlərimiz davam edir. Çünki bitkinin yetişkənlik fazasında günəşli günlərin sayı daha yandırıcı, yəni 40-50 dərəcə olduğu üçün, vegetasiya dövründə bitki stressə düşür və yetişmə məsələsində problemlər yaşanır. Biz hədəfləmişik ki, vegetasiya müddəti qısa olan, iyunun ortalarına qədər tam yetişkənlik dövrünü başa vura bilən yeni sortları yaradaq".

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram