Dövlət ABB-nin əsas səhmdarı kimi qalacaq | Banco.az

Dövlət ABB-nin əsas səhmdarı kimi qalacaq

“ABB-yə özəl investisiyaların cəlb edilməsi son illər Bankda gedən inkişaf proseslərini daha da sürətləndirəcək”.

 “Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 31 avqust 2023-cü il tarixli Sərəncamı barədə medianın suallarını cavablandırarkən ABB-nin mətbuat xidmətindən belə bildirilib. 

Qeyd edilib ki, Azərbaycan dövlətinin Bankın əsas böyük səhmdarı kimi qalması, dövlətin iştirak payının kiçik həcmlərdə azaldılması vasitəsilə özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulur. Azərbaycan vətəndaşlarının dövlət müəssisələrinin idarə edilməsində iştirakının genişləndirilməsi, qiymətli kağızlar bazarının inkişafı və alternativ investisiya imkanlarının yaradılması məqsədilə Banka iri özəl investorların deyil, minoritar səhmdarların cəlb olunmasına üstünlük veriləcək.

Mətbuat xidmətindən o da bildirilib ki, ötən bir neçə il ərzində ABB-nin kapital mövqeyinin gücləndirilməsi, fəaliyyətinin səmərəliliyi, müasir korporativ standartlara uyğun idarə edilməsi, rəqəmsallaşdırılması, kredit, risk, kadr siyasətinin təkmilləşdirilməsi, xidmət şəbəkəsinin inkişafı istiqamətində bir sıra layihələr həyata keçirilib və mühüm nəticələr əldə olunub. ABB inkişaf layihələrini bu gün də uğurla davam etdirməkdədir.

Ən sərfəli kredit üçün müraciət et

Dövlət müəssisələrinə özəl investisiyaların cəlbi ABB-nin son dövrlər yeni biznes istiqaməti kimi fəal şəkildə daxil olduğu qiymətli kağızlar bazarının inkişafına yol açacaq. Bankın idarə edilməsində vətəndaşların iştirakını genişləndirəcək və korporativ idarəetmənin tətbiqini şaxələndirəcək: “Bütün bunlar yeni strateji dövrdə ABB-nin öz hədəflərinə çatması üçün əlavə imkanlar yaradacaq”mətbuat xidmətinin açıqlamasında qeyd edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et