Pekində Azərbaycan Ticarət Evi açılacaq | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Pekində Azərbaycan Ticarət Evi açılacaq

Çinin paytaxtı Pekin şəhərində Azərbaycan Ticarət Evinin açılış mərasimi keçiriləcək.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" sosial şəbəkəsində yazıb.

"Həmkarlarla birgə Çin Xalq Respublikasına səfərimiz çərçivəsində bir sıra rəsmi nümayəndələr və şirkət rəhbərləri ilə görüşlər keçirəcəyik. Pekində Azərbaycan Ticarət Evinin açılış mərasimində və digər tədbirlərdə iştirak edəcəyik", - nazir qeyd edib.

Qeyd edək ki, hazırda Azərbaycanın Çində Şanxay, Urumçi, Çindao, Harbin, Cinan, Vuhan, Canciaciye kimi şəhərlərində dörd ticarət evi, üç şərab evi və dörd ticarət bölməsi fəaliyyət göstərir.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram