Müəllif: Tamara Mustafayeva, Banco.az
“Instagram” platforması “Reels” adlanan videoların müddətini 10 dəqiqəyə qədər artırıb.
Banco.az xəbər verir ki, artıq “Instagram”ın “Reels” videolarında müddətin azlığından şikayətlənməyə ehtiyac yoxdur. Belə ki, platformanın sahibi “Meta” şirkəti “Reels” videolarını 10 dəqiqəyə qədər uzatmaq üçün sınaqlara başlayıb.
Xatırladaq ki, ilk vaxtlar “Instagram” kontent yaradıcılarına təkcə 30 saniyəlik “Reels” videoları formalaşdırmağa icazə verirdi. Ancaq bu qısa müddət məzmunun əryəsə gətirilməsində və yaradıcıların özünü ifadə etməsində bəzi məhdudiyyətlərə səbəb olurdu. Odur ki, istifadəçilərin tənqidlərindən sonra “Instagram” “Reels” videolarının müddətini əvvəlcə 60 saniyəyə, daha sonra 90 saniyəyə qədər artırmışdı.
İndi də platforma bu müddəti yenidən uzatmağa hazırlaşır. Alınan məlumata görə, hazırda platformada 3 və 10 dəqiqəlik “Reels” videoları sınaqdan keçirilir.
Qeyd edək ki, “Instagram” bu addımla istifadəçilərin platformada daha çox vaxt keçirməsinə şərait yaratmağı hədəfləyir.
Bizi sosial şəbəkələrdən izləyin!!