"Moody's" Türkiyə iqtisadiyyatı üçün artım proqnozunu yüksəldib | Banco.az

"Moody's" Türkiyə iqtisadiyyatı üçün artım proqnozunu yüksəldib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Moody's” Türkiyənin 2023 və 2024-cü illər üzrə artım proqnozlarını yüksəldib.

Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinqi agentliyi “Moody's” “Qlobal Makro Görünüş 2023-24” hesabatının avqust buraxılışını dərc edib.

Burada Türkiyə iqtisadiyyatının cari ildə 4,2 faiz, gələn il isə 3 faiz artacağı proqnozlaşdırılıb.

Agentlik may ayında dərc etdiyi hesabatda Türkiyə iqtisadiyyatının bu il 2,6 faiz, gələn il isə 2 faiz artacağını qeyd etmişdi.

İnflyasiya proqnozlarının da yer aldığı hesabatda Türkiyədə ilin sonunda inflyasiyanın bu il 51,2 faiz, gələn il isə 48,7 faiz olacağı bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram