Müəllif: Gülnar Əhmədli, Banco.az
Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, 2023-cü il iyul ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,7 faiz artaraq, milli valyuta ekvivalentində 21 966,2 milyon manat təşkil edib.
Banco.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, ümumi kredit portfelinin 18 197,2 milyon manatı və ya 82,8 faizi uzunmüddətli kreditlərin payına düşüb.
Məlumata görə, kreditlərin 96,9 faizi banklar, 3,1 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 24 faiz azalaraq 502,3 milyon manat olub və ümumi kredit portfelinin 2,3 faizini təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!