Müəllif: Gülnar Əhmədli, Banco.az
Ötən həftə ABŞ-ın kommersiya xam neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 10,6 milyon barel azalıb.
Banco.az xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatına görə, ölkənin kommersiya xam neft ehtiyatları 422 milyon 900 min barelə enib.
Eyni zamanda ABŞ-ın strateji xam neft ehtiyatları 600 min barel artaraq 349 milyon 500 min barelə yüksəlib. Benzin ehtiyatları isə 200 min barel azalaraq 217 milyon 400 min barelə enib.
Qeyd edək ki, ötən həftə ABŞ-ın xam neft idxalı əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 316 min barel azalaraq 6 milyon 617 min barel olub. Xam neft ixracı isə gündəlik orta hesabla 270 min barel artaraq 4 milyon 528 min barelə yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!